AZ

Hind okeanının cənubunda 5,8 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Avstraliyanın qərbində Pert şəhərindən 2200 km cənub-qərbdə,Hind okeanında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər AkademiyasınınVahid Geofizika Xidmətinin Altay-Sayan filialı bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Herd adası və Makdonaldadaları arxipelaqından 1883 km şimal-şərqdə, Cənub-Şərqi Hindistansilsiləsi ərazisində yerləşib.

Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ"dağıdıcı" kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,0 bal olaraqqiymətləndirib. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Seçilən
28
1
az.trend.az

2Mənbələr