Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ-nin Nyu-Meksiko ştatının Artesia şəhərindəki “HF Sinclair Navajo” neft emalı zavodunda partlayış və sonra yanğın olub.
Bu barədə Gununsesi.info yerli mediaya istinadən xəbər yayıb.
“HF Sinclair”ın sözçüsü Korin Smitin sözlərinə görə, hadisə nəticəsində azı üç nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Partlayışdan sonra baş verən yanğın səbəbindən şəhərin üzərini qalın tüstü bürüyüb. Hakimiyyət orqanları sakinləri içəridə qalmağa, qapı və pəncərələri bağlamağa, neft emalı zavodunun yaxınlığındakı ərazilərdən və tüstüdən təsirlənən ərazilərdən çəkinməyə çağırıb.
Hadisənin səbəbləri araşdırılır.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.