Zəfər Gününün 5-ci ildönümü münasibətilə Göygöl rayonunun Çaylı kəndində "Vətən müharibəsi qəhrəmanları ilə bir gün" adlı vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir.
Rayon icra hakimiyyəti əməkdaşlarının, təhsil və mədəniyyət işçilərinin, Vətən müharibəsi iştirakçılarının, eləcə də şəhid ailələri və qazilərin iştirakı ilə keçirilən tədbirdə Vətən müharibəsi iştirakçıları döyüş xatirələrindən danışmış, gənclərə vətənə sevgi, cəsarət və birlik çağırışları etmiş, Zəfər Gününün tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qüdrəti və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərdən söz açmışlar.
Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, şeirlər və mahnılar səsləndirilmişdir. Görüş "44 günlük Zəfər tarixi" adlı videoçarxın nümayişi ilə başa çatmışdır.
Sabir ƏLİYEV,
"Azərbaycan"