Abşeron rayonunda kişi sevgilisini "TikTok"da hesab açdığı üçün döyüb.
"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Xırdalan şəhərində baş verib. 1990-cı il təvəllüdlü Tofiq İbadov (ad və soyad şərtidir) Xırdalan şəhərində 2007-ci il təvəllüdlü xanımla tanış olub. Bir müddətdən sonra isə onlar sevgili olublar.
Tofiq segilisinin "TikTok"da özünə məxsus profil açdığını eşidir. O, bu barədə sevgilisinə desə də, xanım bunu inkar edib. Bir gün Tofiq "TikTok"da həmin hesabı görüb və evə gələrək sevgilisinə həmib profili göstərib. Bundan sonra onların arasında mübahisə başlayıb. Nəticədə, Tofiq sevgilisini şillə və təpik zərbələri ilə döyüb. Qadın onun əlindən qaçaraq küçəyə çıxıb və polisə məlumat verib. Hadisə yerinə polis əməkdaşları gəlib, T.İbadov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.