AZ

Türkmənistan Prezidenti Trampla görüşəcək

BAKI, 1 noyabr. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov gələn həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Teleqraf xəbər verir ki, bunu Türkmənistan xarici işlər naziri Rəşid Meredov Nazirlər Kabinetinin iclasında bildirib.

Meredov iclasda Berdiməhəmmədovun Trampın dəvəti ilə ikitərəfli yüksək səviyyəli görüş keçirmək və Vaşinqtonda planlaşdırılan Mərkəzi Asiya-ABŞ sammitində iştirak etmək üçün ABŞ-yə işgüzar səfərinə hazırlıq barədə danışıb. Sərdar Berdiməhəmmədov Türkmənistan-ABŞ münasibətlərinin gələcək inkişafı üçün yaxşı perspektivlərin olduğunu qeyd edib. O bildirib ki, sammit ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə kömək etmək məqsədi daşıyır.

C5+1 sammiti (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ) Mərkəzi Asiya liderləri və Donald Trampın iştirakı ilə noyabrın 6-da keçiriləcək. Bu, Trampın iştirakı ilə bu formatda ilk sammit olacaq. Bundan əvvəl Mərkəzi Asiya liderləri 2023-cü ilin sentyabrında ABŞ-nin o vaxtkı prezidenti Co Baydenlə C5+1 formatında görüşüblər.

Seçilən
35
2
teleqraf.com

3Mənbələr