AZ

Rusiyalı nazir 12 illik təhsilə keçidə münasibət bildirdi

BAKI, 1 noyabr. TELEQRAF

Rusiyanın təhsil naziri Sergey Kravtsov ölkədə 12 illik təhsil sisteminə keçidlə bağlı yayılan fikirlərə münasibət bildirib.

Teleqraf xəbər verir ki, nazir bu barədə danışmağın hələ tez olduğunu vurğulayıb.

Onun sözlərinə görə, belə bir qərar yalnız təhsil ictimaiyyəti, elmi dairələr və valideynlər arasında geniş müzakirələrdən sonra qəbul edilə bilər.

“Təhsil sahəsində dəyişikliklərlə bağlı bütün qərarlar dərin təhlil və geniş ictimai müzakirələr nəticəsində verilir”, – Kravtsov deyib.

Nazir əlavə edib ki, 12 illik təhsil ideyası Rusiya üçün yeni deyil. Lakin təhsil sistemində istənilən dəyişiklik çox həssas məsələ olduğundan tələsik addım atılmamalıdır.

Qeyd edək ki, oktyabrın 19-dan etibarən Rusiyada 12 illik təhsil modelinin tətbiqi ilə bağlı müzakirələr başlayıb.

Seçilən
22
teleqraf.com

1Mənbələr