AZ

Türkiyədə növbəti zəlzələ Balıkəsirdə təkanlar ara vermir

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Türkiyənin Balıkəsir şəhərində baş verən 6,1 ballıq güclü zəlzələlərdən sonra təkanlar ara vermir. Gecə saatlarında silkələnmələrin davam etdiyi şəhərdə bu səhər saat 07:58-də (Bakı vaxtilə 08:58) 4,2 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Bakupost.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, şəhərin Sındırqı rayonunda avqustun 10-da və oktyabrın 27-də baş verən 6,1 bal gücündə iki əsas zəlzələdən sonra bölgədə yeraltı təkanlar ara vermir. İki güclü silkələnmənin ardından minlərlə zəlzələnin qeydə alındığı rayonda gecəyarısı ard-arda 3,8 və 3,5 bal gücündə iki yeni təkan baş verib.

Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Agentliyinin (AFAD) internet səhifəsində yerləşdirilən məlumata görə, zəlzələnin ocağı yerin təxminən 6,79 kilometr dərinliyində olub.

Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
www.bakupost.az

1Mənbələr