AZ

"Azercell" iki internet paketi üzrə şərtlərdə dəyişiklik etdi

 “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 1 dekabr 2025-ci il tarixdən etibarən “GigaMax” və “GigaMax+” internet paketləri üzrə sürət limitləri aradan qaldırılır.

FED.az xəbər verir ki, paketlər aşağıdakı şərtlərlə təqdim olunacaq:

İnternet paketin adı

İstifadə müddəti

Maksimal sürət (mb/s)

Qiymət (AZN ƏDV daxil)

Təqdim edilən həcm

“GigaMax”

30 gün

Limitsiz

18,9

60 GB

“GigaMax+”

30 gün

Limitsiz

28,9

80 GB

 

 Göstərilən şərtlər müvafiq paketlərin növbəti yenilənməsindən sonra tətbiq ediləcək.  

Müvafiq dəyişiklik ilə “GigaMax” və “GigaMax+” internet paketləri çərçivəsində təqdim edilən internetdən istifadə sürəti artırılaraq daha rahat və əlverişli istifadə imkanı yaradılır. Eyni zamanda abunəçilərə həmin paketlər çərçivəsində təqdim edilən həcm bitdikdən sonra istifadə müddətinin sonunadək 256 kb/s sürət həddində limitsiz həcmdə, əlavə ödəniş etmədən yararlanmaq imkanı təqdim edilir. Bundan başqa, istifadə müddəti başa çatmamış “GigaMax” və “GigaMax+” internet paketləri çərçivəsində təqdim edilən həcm bitdikdə abunəçilər həmin paketləri yeniləmək imkanına da malik olacaq.

 Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, “GigaMax” və “GigaMax+” internet paketlərinin digər şərtləri, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 – şəhər telefonundan, 6050 – mobil telefondan (1 zəng – 0,1 AZN) bazar ertəsi - cümə, 09:00 - 18:00) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqda məlumat öyrənə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.

Seçilən
39
fed.az

1Mənbələr