BAKI,TurkicWorld, Fərid Mikayılov
Balıkesir şəhərinin Sındırgı rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib.
Yeraltı təkanlar bu gün saat 08:58-də baş verib. Zəlzələnin yerin təxminən 6,79 kilometr dərinliyində baş verdiyi bildirilib..
Hadisə ilə bağlı hələlik hər hansı xəsarət və ya maddi ziyan barədə məlumat verilməyib. AFAD və yerli qurumlar vəziyyəti izləməyə davam edir.