AZ

Orta dəhliz üzərindən konteyner daşımalarının payı üç dəfə artıb - IRU baş katibi

Bakı. Trend:

Orta Dəhlizlə konteyner daşımalarının payı sürətlə artır – son12 ay ərzində onların həcmi 3 dəfə artıb.

Trend BeynəlxalqAvtomobil Nəqliyyatı İttifaqına (IRU) istinadən xəbər verir ki,bunu IRU baş katibi Umberto de Pretto Çinin Dunquan şəhərindəkeçirilən 7-ci “Huawei Digital Supply Chain Forum” forumundadeyib.

O qeyd edib ki, son iki il ərzində Orta Dəhliz vasitəsiləticarət həcmləri iki dəfədən də çox artıb və 2030-cu ilə qədəronların daha 2 dəfə artacağı gözlənilir:

“Biz bu gün sürətli dəyişikliklər və davamlı transformasiyalarlaxarakterizə olunan bir dünyada yaşayırıq. Dünya getdikcə daha çoxqarşılıqlı əlaqəli olduqca, logistika sahəsində əməkdaşlıq,innovasiyalar və vahid standartlara ehtiyac heç vaxt indiki qədəraktual olmayıb”.

""Kəmər və Yol" marşrutları bu gün artıq real bir həqiqətəçevrilib. Biz görürük ki, yük avtomobilləri bu marşrutları keçərəkqitələri və bazarları heç vaxt olmadığı qədər birləşdirir", - deyəo bildirib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Seçilən
22
2
az.trend.az

3Mənbələr