AZ

Gürcüstan Avronestdən imtina etdi

BAKI, 1 noyabr. TELEQRAF

“Gürcüstan hökuməti ölkəyə qarşı ədalətsiz münasibətə görə Avronest Parlament Assambleyasının iclaslarında daha iştirak etməmək qərarına gəlib”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Spikerin sözlərinə görə, bu qərar ona görə verilib ki, Avronestin İrəvanda keçirilən sonuncu iclasında Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsini tələb edən və Tbilisidəki iğtişaşlara görə məhkum olunanların “siyasi məhbus” adlandırılması ilə bağlı bir neçə qətnamə qəbul edilib.

“Artıq bəllidir ki, Avropa Parlamenti Avronest platformasını qonşu ölkələri şantaj etmək və öz dar siyasi gündəliyini zorla qəbul etdirmək üçün bir alətə çevrilib. Avronestin gürcü xalqının iradəsini nəzərə almaması və mandatının hüdudlarını aşaraq üzv ölkənin seçkilərinin nəticələrini və demokratik institutlarını öz istəyi ilə ləğv etməsi qətiliklə qəbuledilməzdir. Buna görə də, Avropa Parlamentinin bu qüvvələrinin düşmən və dar siyasi yanaşmasını nəzərə alaraq, Gürcüstan parlamentinin daimi nümayəndə heyəti bundan sonra Avronest sessiyalarında iştirak etməyəcək”, - Papuaşvili qeyd edib.

Seçilən
59
teleqraf.com

1Mənbələr