AZ

ABŞ-də neft emalı zavodunda partlayış: yaralılar var

Bakı. Trend:

ABŞ-nin Nyu-Meksiko ştatında yerləşən "Navajo Refinery" neftemalı zavodunda partlayış və ardınca yanğın baş verib.

Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

İnsidentin hansı səbəbdən baş verdiyi hələ bilinmir.

Qeyd edilir ki, zavod ABŞ-nin cənub-qərbinə neft məhsullarıtədarük edir.

Seçilən
26
2
az.trend.az

3Mənbələr