“Barselona”nın qapıçısı Voyçex Şesnı telefon kitabçasında ən məşhur şəxsin adını açıqlayıb.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, həmin şəxsin beşqat “qızıl top” mükafatçısı Kriştiano Ronaldo olduğunu deyib:
“Telefonumda ən məşhur insan kimdir? Ronaldo. Amma mən ona zəng etməyəcəm. İnanın mənə, onun nömrəsi telefon kitabçamdadır”.
Şesnı ilə Ronaldo “Yuventus”da birgə çıxış edib. 40 yaşlı portuqaliyalı hücumçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır.
Onun Səudiyyə Ərəbistanı klubuyla müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir.