AZ

ƏÜO-nun hərbi qulluqçularının iştirak etdiyi “Dağ komando kursu” başa çatıb

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” başa çatıb.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, kursun başa çatması münasibətilə keçirilən buraxılış mərasimində iki ölkənin Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, kurs müddətində qazanılan bilik və bacarıqların onların döyüş vərdişlərinin artırılmasında, eləcə də peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsində xüsusi rol oynayacağını vurğulayıblar.

Sonda məzunlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Dağ komando kursu”nda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitlərdə müasir döyüş aparma üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədilib.

3f779ec2d47c029036f89285cad6d0fe f81a7e154edfa93cab9077880018978a 61d836e9f9fbdc87c20f4fc8ac8b5631 58193556e8ee1b9bf9a6eda270d4378f 9f1d8935c18479d193a2292534d7d42c

Seçilən
14
27
poliqon.az

10Mənbələr