AZ

İran İsrailin istənilən təcavüzünə cavab verəcək Əraqçi

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

İran İsrailin istənilən düşmənçilik hərəkətinə cavab verməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Biz bütün ssenarilərə hazırıq və sionist rejimdən istənilən təcavüzkar davranış gözləyirik, hənçini buna cavab verməyə də hazırıq", - deyə o, Qətərin "Əl-Cəzirə" televiziya kanalına verdiyi müsahibədə bildirib.

"Biz bütün səviyyələrdə həddindən artıq hazırlıqlıyıq və İsrail müharibə vəziyyətində daha bir məğlubiyyətə uğrayacaq", - deyə Əraqçi əlavə edərək İsraili "ciddi nəticələr" ilə hədələyib.

13 iyun gecəsi İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. 24 saatdan az müddət sonra İslam Respublikası cavab hücumuna başlayıb.

ABŞ münaqişənin eskalasiyasından doqquz gün sonra Fordo, Nətənz və İsfahandakı İranın nüvə obyektlərinə zərbələr endirərək münaqişəyə qoşulub. 23 iyun axşamı İran Yaxın Şərqin ən böyük Amerika hava bazası olan Qətərdəki Əl-Udeyd hava bazasına hücum edib.

Bunun ardınca ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Atəşkəs 24 iyunda qüvvəyə minib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr