Türkiyənin məşhur aktyoru Engin Çağlar bədbəxt hadisənin qurbanı olub.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbulun Şişli rayonunda yolu keçmək istəyən aktoru motosiklet vurub.
Çağlar dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Aktyorun dəfn mərasimi sabah olacaq.