Gürcüstanın Acarıstan Muxtar Respublikasında yaşayan azərbaycanlılar 8 Noyabr – Zəfər Gününü təntənəli şəkildə qeyd edəcək. Bu münasibətilə Batumidə silsilə tədbirlər təşkil olunacaq.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov məlumat verib.
Onun sözlərinə görə, baş konsulluq Acarıstan hökumətinin üzvləri, Batumidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, SOCAR və Kulevi Terminalının rəhbər və əməkdaşları, diaspor nümayəndələri və tələbələrin qatılacağı Zəfər Günü mərasimi ilə bağlı geniş tədbirlər planı hazırlayıb: