AZ

Bu gündən Ermənistanın viza möhürlərindən Ağrı dağının təsviri çıxarılıb

Bu gündən Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarıb.

APA xəbər verir ki, bu barədə qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Yeni nümunə möhürlər artıq təsdiqlənib və qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan möhürün "Ermənistanı düzgün yola yönəltmək" və Ermənistan dövlətçiliyini gücləndirmək üçün dəyişdirildiyini bildirmişdi.

Seçilən
96
28
apa.az

10Mənbələr