AZ

Crossmedia.az analitik informasiya portalının bir yaşı tamam olur

“Crossmedia.az” – bir il ərzində formalaşan analitik düşüncə mərkəzi

Azərbaycan mediasında son illər yaranan yeni platformalar arasında Crossmedia.az xüsusi yer tutur. Bu analitik informasiya portalı qısa zamanda öz auditoriyasını formalaşdıraraq, cəmiyyətə hadisələri təkcə təqdim etməyi deyil, onların mahiyyətini anlamağı da təklif edib. Bu gün portalın fəaliyyətə başlamasından bir il ötür.

“Crossmedia.az”ın redaktoru Kənan Novruzov deyir ki, bu layihə onun üçün sadəcə bir iş yeri deyil, həm də bir media təcrübəsi məktəbidir:

“Əslində, layihəyə bir qədər gec qoşulmuşam. Portal fəaliyyətə başlayandan 3-4 gün sonra mənə redaktor kimi dəvət gəldi və komandaya elə həmin anda qoşuldum. O vaxtdan bu günə qədər ‘Crossmedia.az’ təkcə mənim deyil, bütün komandanın birgə əməyinin nəticəsidir.”

Kənan Novruzov bildirir ki, “Crossmedia.az”ın əsas məqsədi xəbər yarışına qoşulmaq deyil, analitik baxış bucağı ilə hadisələri izah etmək, faktları dərin təhlillə təqdim etməkdir.

“Bizim üçün əsas məqsəd xəbər vermək yox, oxucunu düşündürməkdir. Məsələn, bir hadisə baş verəndə biz onu sadəcə informasiyaya çevirmirik, əksinə, onun arxasındakı səbəbləri, prosesin fonunu və nəticələrini araşdırırıq. Bu, oxucunun dünyagörüşünü formalaşdırır və mediaya etimadı artırır.”

Portal fəaliyyətə başladığı ilk gündən öz prinsiplərinə sadiq qalıb: obyektivlik, məsuliyyət və keyfiyyətli analitika. Bu prinsiplər sayəsində “Crossmedia.az” təkcə xəbər mənbəyi kimi deyil, həm də ictimai fikir üçün etibarlı tribuna kimi tanınıb.

Bir il ərzində portalda siyasət, təhsil, iqtisadiyyat, beynəlxalq münasibətlər, mədəniyyət və sosial problemlərlə bağlı yüzlərlə material dərc olunub. Xüsusilə gənc jurnalistlərin hazırladığı analitik yazılar və şərhlər platformanın dinamizmini artırıb.

“Bizdə komanda anlayışı çox güclüdür. Hər kəs öz sahəsinə cavabdehdir, amma hamının məqsədi eynidir – keyfiyyətli media məhsulu ortaya qoymaq. Mənim üçün bu portal təkcə analitik sayt deyil, həm də yaradıcı ideyaların reallaşdığı bir məkandır,” – deyə Kənan Novruzov vurğulayır.

Seçilən
70
aznews.az

1Mənbələr