AZ

“Füyuzat” – ruhun diriliyi və qələmin məsuliyyəti 119-cu ildönümünə ithaf

“Füyuzat” – ruhun diriliyi və qələmin məsuliyyəti

119-cu ildönümünə ithaf

Bu həyatda dərindən inandığım bəzi həqiqətlər var ki, onlar sarsılmaz və qırılmazdır. Onlardan biri də budur ki, dəyərli və müqəddəs olana əsla ləkə bulaşmaz!

Ulularımızın dili ilə desək: “Hər haqqın bir həqiqəti vardır”. O həqiqət bir gün mütləq günəş kimi parlayar. Həqiqət parladıqca üfüqlərdə aydınlıq yaranar, insanda mübarizə ruhu daha da alovlanar.

Pakistanlı mütəfəkkir Məhəmməd İqbal bu ruhu belə izah edir:

“Günləri aydınladan, bu keçici günəş nuru deyil, həyatın daimi mübarizəsi və inkişafıdır”.

Həqiqət uğrunda aparılan mübarizə ləkə götürməz və aydın olur. Bu mübarizənin dəyəri zahirdə deyil, batinindədir. O, qaranlıqda belə öz nurunu itirmir.

Millətin içindəki mübarizənin mayası isə onun mütəfəkkirlərinin qəlbi və düşüncəsidir.

Ululuğun ziyasını ruhlarında daşıyan bu haqq mücahidlərinin fəaliyyəti və əsərləri həmişə dirilik iksiri daşıyır. Onların qələmindən doğan hər sətir ölməz ruhun nəfəsidir.

Orada səmimiyyət şəffaf su kimi bərraqdır, orada birlik mühiti diridir, canlıdır.

Oradakı sədaqət isə qeyrət sahiblərinin libasıdır.

O aləmə yanlış qələmlər imzasını ata bilməz!

Çünki qələm yalnız vicdanla yazıldıqda həqiqətə çevrilir, yalnız ürəklə, sevgi ilə yazıldıqda bəşərin qəlbinə yol tapır.

Bu gün qəlblərə yol tapan bir məktəbin, Əli bəy Hüseynzadənin qələm yoldaşlarının ziyası ilə nur saçan “Füyuzat” dərgisinin yaranmasının 119-cu ildönümüdür.

“Füyuzat” sadəcə bir dərgi deyildi: o, bir oyanış idi – bir məktəb, bir mənəvi çevriliş, bir inqlab idi.

O, milli düşüncəni, türk kimliyini, islam mədəniyyətini və müasirliyi bir səhnədə birləşdirən nadir bir məfkurə abidəsi idi.

Bu məfkurə məktəbi bir ocaq idi, közü əsla sönməyən, atəşi kiri-pası təmizləyən mənəvi ocaq!

Seçilən
22
8
aznews.az

9Mənbələr