AZ

Lənkəranın Moloja kəndinə niyə qaz verilmir?VİDEO

Lənkəranın Moloja kəndində evlərə qaz sayğacları quraşdırılımır. Bu isə sakinlərin narahatlığına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, kəndə iki il əvvəl qaz xətti çəkilib, amma sayğaclar quraşdırılmır və mavi yanacaq verilmir.

Kənddəki 100 evin qazla təmin olunması məqsədilə evlərin qapısınadək qaz xətləri çəkilib. Lakin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən sayğacların quraşdırılmaması səbəbindən sakinlər bu günədək təbii qazdan yararlana bilmirlər.

Qış ayları yaxınlaşdıqca, dağətəyi ərazidə yerləşən Moloja kəndində hava şəraitinin sərtləşməsi sakinlərin həyatını daha da çətinləşdirir. Kənd camaatı istilik təminatında çətinlik çəkdiyindən odun, mal təzəyi və digər alternativ yanacaq vasitələrindən istifadə etməyə məcbur qalır.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən isə bildirildi ki, hazırda çəkilmiş qaz xətlərinin istismara qəbul prosesi gedir. Daha sonra vətəndaşlar fərdi qaydada mülkiyyət sənədləri ilə birgə “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidir. Bununla da fərdi evlərini öz vəsaitləri hesabına qazlaşdıra biləcəklər. Sayğac isə “Azəriqaz” tərəfindən ödənişsiz təmin olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
44
xezerxeber.az

1Mənbələr