AZ

ABŞ də iki sərnişin təyyarəsi toqquşub

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-ın Nyu-York şəhərindəki LaGuardia hava limanında "United Airlines" şirkətinə məxsus iki sərnişin təyyarəsi uçuş-enmə zolağında toqquşub.

Bu barədə "Daily Mail" məlumat yayıb.

"Biz hamımız uçuş-enmə zolağından aşağı hərəkət edərkən bir sarsıntı hiss etdik, lakin kapitan bunu qeyd edənə qədər onun digər təyyarə olduğunu bilmirdik", - sərnişinlərdən biri bildirib.

Hadisədən sonra hər iki təyyarə terminala qayıdıb, 328 sərnişin və 15 ekipaj üzvü arasında xəsarət alan olmayıb. Mütəxəssislər hazırda təyyarələrdən birinə dəyən ziyanı qiymətləndirir və mümkün nasazlıqların olub olmadığını yoxlayırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
4
demokrat.az

5Mənbələr