AZ

“Arsenal” səfərdə inamlı qələbə qazandı

İngiltərə Premyer Liqasının X turunda “Bernli” öz meydanında “Arsenal”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Turf Mur” stadionunda keçirilən görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanıblar. 

Matçın 14-cü dəqiqəsində Viktor Qyökeres hesabı açıb. 35-ci dəqiqədə isə Deklan Rays “topçular”ın üstünlüyünü artırıb.

Bu nəticədən sonra “Bernli” 10 xalla turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. “Arsenal” isə 25 xalla Premyer Liqanın lideridir.

Növbəti turda “Bernli” 8 noyabrda səfərdə “Vest Hem”lə, “Arsenal” isə eyni gün “Sanderlend”lə qarşılaşacaq.

Seçilən
28
90deqiqe.az

1Mənbələr