Donald Tusk Macarıstana qarşı yeni hücumlara başlayıb.
Axar.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Feysbuk hesabında yazıb.
O hesab edir ki, Polşanın baş naziri Avropada ən qızğın müharibə tərəfdarı olan siyasətçilərdən biridir, lakin onun döyüşkən siyasəti iflasa uğrayıb:
“Ukrayna tədricən Avropa vəsaitlərindən məhrum olur, polyaklar isə müharibədən yorulublar. Bununla belə, Polşa öz kursunu dəyişə bilməz, çünki Tusk onu Brüsselin vassalı edib”.