“Real Madrid”in hücumçusu Endrik karyerasını Fransa “Lion”unda davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı braziliyalı forvard icarə əsasında, almaq opsiyonu olmadan “Lion”a keçəcək.
Yekun qərar gələn həftə veriləcək. Endrikin “Real”la müqaviləsi 2030-cu ilin 30 iyununa qədər qüvvədədir.
Futbolçu cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxmayıb. Onun bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.