ain.az, GlobalInfo saytına istinadən bildirir.
HƏMAS tərəfindən Qəzzada İsrailə təhvil verilən üç şəxsin qalıqları girovlara aid çıxmayıb.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, İsrail hökuməti hələlik bu xəbərlə bağlı rəsmi açıqlama yaymayıb.
Meyit qalıqları ötən gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İsrailə təhvil verilib, lakin İsrail mediasının məlumatına görə, məhkəmə-tibbi ekspertiza zamanı aparılan DNT analizləri həmin qalıqların girovlara aid olmadığını üzə çıxarıb.
Hazırda Qəzzada iki xarici vətəndaş da daxil olmaqla 11 girovun cəsədi olduğu ehtimal edilir. HƏMAS bu vaxtadək 20 girovu sağ şəkildə azad edib, 17 nəfərin isə cəsədlərini İsrailə təhvil verib.
Qeyd edək ki, ABŞ vasitəçiliyi ilə əldə olunan atəşkəs oktyabrın 10-da qüvvəyə minib. Lakin atəşkəs dövründə də ara-sıra silah səsləri eşidilməkdədir.
Aysel Əliyeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.