İranın cənubunda yerləşən Şiraz şəhərində bir neçə güclü partlayış qeydə alınıb. İlkin məlumata görə, ölənlərin olduğu bildirilir.
Musavat.com xəbər verir ki, yerli KİV-lərin məlumatına əsasən, partlayışlardan sonra mayeləşdirilmiş qaz balonlarının doldurulduğu müəssisədə güclü yanğın başlayıb.
Hadisə yerinə bütün təcili yardım və xilasedici xidmətlər cəlb olunub, partlayışın səbəbləri araşdırılır.
Musavat.com