AZ

Oskar lı kinematoqraf vəfat etdi

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Oskar" mükafatına namizəd olan İsrail əsilli amerikalı kinematoqraf Adam Qrinberq vəfat edib.

Axşam.az xəbər verir ki, o, ötən gün Los-Ancelesdə 89 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Qrinberq Təl-Əvivdə böyüyüb və kino karyerasına İsraildə başlayıb. 1980-ci ildə Qrinberq rejissor Samuel Fullerin "Böyük qırmızı bir" filminə dəvət alıb. Bu böyük büdcəli müharibə filmi üzərindəki işi onun üçün Hollivudun studiyalarına yol açıb.

O, Hollivudda Hollivud ulduzu  Arnold Şvartseneggerin rol aldığı iki "Terminator" filmindən əlavə, "Üç kişi və bir körpə", "Törner və Hooch", Patrik Sueyzin rol aldığı "Xəyal" və digər filmlərə də kinorejissorluq edib.

Qeyd edək ki, Qrinberq 12 il əvvəl kinematoqraf karyerasını bitirərək "30 il ərzində gecə üç saat yatdıqdan, hətta yuxuda belə film izlədikdən sonra, bunun qeyri-mümkün olduğu bir nöqtə gəlir. Eyni zamanda, təbii ki, daha az yaxşı təklif almağa başladım. Daha cavanlaşmıram" deyə, açıqlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
1
axsam.az

2Mənbələr