İtaliya A Seriyasının X turu çərçivəsində keçirilən “Kremoneze” – “Yuventus” oyunu qonaqların qələbəsi ilə başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, “Covanni Çini” stadionunda baş tutan qarşılaşmada “zebralar” rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu, Lusiano Spallettinin “Yuventus”un baş məşqçisi kimi qazandığı ilk qələbə olub.
Matçın ikinci dəqiqəsində Filip Kostiç “Yuventus”u önə çıxarıb. İkinci hissədə Andrea Kambyazo 68-ci dəqiqədə hesabı 2:0 edib. Ev sahiblərindən Ceymi Vardi 83-cü dəqiqədə fərqi azaltsa da, nəticə dəyişməyib.
Bu qələbədən sonra “Yuventus” 18 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Kremoneze” isə 14 xalla 9-cu sırada yer alır.