AZ

“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” layihəsi çərçivəsində “Mən Suyam” adlı incəsənət sərgisi açılıb (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı,Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” İncəsənətFestivalı çərçivəsində Zaman Art Gallery-də “Mən Suyam” adlı sərgiaçılıb.

Sərgidə 20-dən çox rəssamın — Tahir Şıxəliyev, Aylin Məmmədli,Diana Əliyeva, Məhəmməd Orucov, Eldar Babazadə, Sayalı Məmmədova,Orxan Qarayev, İnna Kostina, Afaq Əkbərova, Adil Şıxəliyev, MirAzər Abdullayev, Günel Ravilova, Aynurə Mahmudova, GülnarəXəlilova, Nigar Familsoy, Vüqar Əli, Fəzilə Rəcəbova, CavidMəmmədov, Soltan Soltanlı, Vüsalə Ağarazıyeva, Rafail Əliyev,Sərxan Hacıyev, Fidan Zaman və Novruz Balabəyovun əsərləri təqdimolunur.

Sərginin əsas məqsədi tamaşaçılarda suyun yalnız estetik deyil,həm də mənəvi mahiyyətini duymaq hissini yaratmaqdır. Layihə insanvə təbiət arasında harmoniya, axıcılıq və həyatın davamlılığıideyalarına həsr olunub.

Təşkilatçılar vurğulayıblar ki, su təbiətin gücü, yaddaşı vəhəyatın özü kimi sərginin əsas rəmzidir — o həm arınma, həm dəyenilənmə mənbəyidir.

Sərgi 16 noyabr tarixinə qədər ziyarətçilər üçün açıqolacaq.

“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
“Bakıya
Seçilən
93
2
az.trend.az

3Mənbələr