Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
Paytaxt.org Unikal.az-a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Nadir Yədulla oğlu Muradov saxlanılıb.
Onun hansı səbəbdən saxlanması hələlik açıqlanmayıb. Amma, görünən o ki. icra başçısı canını qurtarmaq üçün müavini fəda edib.
Bildirək ki, Qaradağ icra başçısı Süleyman Mikayılovun adı Ramiz Mehdiyev xəyanətində çəkilməkdədir.