BAKI, 2 noyabr. TELEQRAF
İranın Şiraz şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.
"Hadisə zamanı 9 nəfər yaralanıb, onlardan ikisi xəstəxanaya aparılıb. Partlayış nəticəsində yanğın başlayıb. Yanğın tezliklə söndürlüb. Ekspertlər partlayışın səbəblərini araşdırır", - məlumatda bildirilib.