AZ

Britaniyada qatara BIÇAQLI HÜCUM

İngiltərənin şərqində naməlum şəxslər qatara bıçaqlı hücum ediblər.

Publika.az xəbər verir ki, bu barədə Britaniya Nəqliyyat Polisi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 10 nəfər yaralanıb.

"Sky News"un yaydığı məlumatda deyilir ki, hücumda şübhəli bilinən iki nəfər saxlanılıb.

Polisin rəsmi saytında verilən açıqlamada on nəfərin xəstəxanalara aparıldığı, ilkin məlumatlara görə, onlardan doqquzunun həyatı təhlükə altına düşdüyü, birinin yüngül xəsarət aldığı bildirilib. Hazırda onların müalicəsi davam etdirilir. Ölənlər barədə məlumat verilməyib.

Seçilən
45
publika.az

1Mənbələr