AZ

ABŞ hökumətinin bağlanması nüvə arsenalının modernləşdirilməsini təhdid edir

Bakı. Trend:

Davam edən hökumətin bağlanması ABŞ-nin nüvə arsenalınınmodernləşdirilməsi prosesini təhlükə altına qoyur.

Trend xəbər verirki, bunu energetika naziri Kris Rayt “Fox News” telekanalınamüsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Energetika Nazirliyi bu sahədəpodratçılara ödəniş edə bilmədiyi üçün layihələrin həyatakeçirilməsi dayanmaq riski ilə üzləşib.

“Departamentimizin işinin bir hissəsi ABŞ-nin nüvə arsenalınıninkişafı, dizaynı və texniki xidmətidir. Hal-hazırda sistemlər sazvəziyyətdədir, lakin modernləşdirmə işlərinə bizim idarəcavabdehdir. Bağlanma səbəbindən podratçılar məzuniyyətəgöndərilmək üzrədir”, – Rayt vurğulayıb.

O əlavə edib ki, bu vəziyyət onilliklərdir Amerika silahsistemləri üzərində çalışan mütəxəssisləri işsiz və təzminatsızqoya bilər. “Nüvə infrastrukturunun modernləşdirilməsi prosesinərisk etməmək üçün daha sağlam düşüncəli demokratların dəstəyinəehtiyacımız var”, – deyə nazir bildirib.

Seçilən
42
az.trend.az

1Mənbələr