AZ

ABŞ Karib dənizindəki gəmini şəxsi heyəti ilə birlikdə MƏHV ETDİ

ABŞ Karib dənizində narkotik ticarəti üçün istifadə olunan bir gəmini vurub.

Publika.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Müdafiə Nazirliyi narkotik ticarəti ilə məşğul olan və tanınmış terror təşkilatına məxsus olan daha bir gəmini ölümcül kinetik zərbə ilə məhv edib”, — deyə nazir yazıb.

O, zərbənin ABŞ prezidenti Donald Trampın göstərişi ilə endirildiyini dəqiqləşdirib. Heqsetin sözlərinə görə, zərbə zamanı gəmidə üç kişi olub və onların hamısı həlak olub.

Seçilən
31
publika.az

1Mənbələr