BAKI, 2 noyabr. TELEQRAF
Rusiya hava hücumundan müdafiə qüvvələri son sutkada 164 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lardan 32-si Kuban, 26-sı Krım yarımadası, 20-si Bryansk vilayəti ərazisində vurulub.
Bundan əlavə, 9 PUA Volqoqrad, 9-u Rostov, 9-u Orlov vilayətlərində, 6-sı Lipetsk, 5-i Voronej, 2-si isə Belqorod, Kursk və Tula vilayətlərində məhv edilib.
Daha 39 pilotsuz aparat Qara və Azov dənizləri üzərində zərərsizləşdirilib.