“Çelsi” “Qarabağ”la Çempionlar Liqası oyunu öncəsi İngiltərə premyer-liqasında 10-cu tur matçına çıxıb.
"Football-plus.az" xəbər verir ki, Enzo Mareskanın komandası səfər matçında “Tottenhem”ə qalib gəlib - 1:0. Yeganə qolu 34-cü dəqiqədə Joao Pedro vurub.
Bu qələbə sayəsində xallarının sayını 17-yə çatdıran “zadəganlar” 5-ci pilləyə yüksəliblər.
Xatırladaq ki, “Qarabağ” - “Çelsi” matçı noyabrın 5-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21.45-də başlanacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta