AZ

Alimlərdən xəbərdarlıq: Bu, ciddi etik nəticələrə gətirib çıxara bilər!

Süni intellekt və neyrotexnologiyaların sürətli inkişafı şüurun necə yarandığını anlamağın zəruriliyini hər zamankindən daha aktual edib. Beynəlxalq alimlər qrupu bu nəticəyə gəlib.

Publika.az xəbər verir ki, tədqiqat “Frontiers in Science” jurnalında dərc olunub.

Şüur orqanizmin özünü və ətraf aləmi dərk etdiyi haldır. Onilliklərdir aparılan araşdırmalara baxmayaraq, elm hələ də subyektiv təcrübənin bioloji proseslərdən necə yarandığını izah edə bilmir.

“Şüur artıq fəlsəfi kateqoriya deyil. Bu, birbaşa tibbə, hüquqa, etikaya və insan varlığını anlamağımıza təsir edən məsələdir”, – deyə məqalənin müəlliflərindən biri, Brüssel Azad Universitetindən professor Aksel Klirmans bildirib.

Alimlər müxtəlif nəzəriyyələri nəzərdən keçirirlər: məsələn, “qlobal işçi məkanı nəzəriyyəsi” beynin müxtəlif sahələrindən gələn məlumatların birləşməsi nəticəsində şüurun yarandığını fərz edir; “inteqrasiya olunmuş informasiya nəzəriyyəsinə” görə isə sistemin hissələri sıx əlaqəli və qarşılıqlı təsirli olduqda həmin sistem şüurlu hala gəlir.

Seçilən
67
publika.az

1Mənbələr