AZ

“Almaniyaya birdəfəlik köçmüşəm, qoy yerim boş qalsın ki, bəlkə kimsə görə” - FOTO+ÖZƏL

“Bəzən deyirlər ki, İlahə xanım, incəsənətimizdəki yeriniz boş qalıb. Məncə qoy o yerlər elə boş qalsın. Bəlkə qədir-qiymət bilinə. Bəlkə o boş qalan yerə kimsə baxa, deyə ki, burada İradə İbrahimova, Fədayə Laçın, İlahə Fəda olmalı idi. Mən oxumağa başladım. Gördüm ki, oxumaq çox məsuliyyətli bir işdir, sonra konservatoriyanı bitirdim. Yəni sənətin nəzəriyyəsini öyrəndim. Sonra gözəl mahnılar yazdırdım. Peşəkar bəstəkarlarla çalışdım. Professional musiqiçilərlə birgə konsertlər verdim. Üzeyir Hacıbəyovun yaratdığı o möhtəşəm yolun bir yolçusu oldum. O yolun da sonu yoxdur.  İndi bizim musiqimiz, efirlər nə gündədir. Baxmayaraq ki, mən 2 ildən çoxdur ki, Almaniyada yaşayıram, amma Azərbaycanın bütün gündəmini izləyirəm. İstər siyasi, istər mədəni, istərsə də digər sahələri təqib edirəm”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni İlahə Fəda deyib.
O daha sonra deyib ki, Almaniyaya yaşamaq üçün gəlib:
 
“O qədər oxudum səsimi eşitmədilər. Bundan artıq nə etməli idim ki, məni görsünlər? Hər şeyi etdim. Ona görə də qayıtmaq fikrim yoxdur. Mənə yazırlar ki, siz elə dediniz ki, gedəcəyəm, elə də getdiniz. Mən isə deyirəm ki, bəs bilmirdiniz sözümün ağasıyam? Azərbaycan səhnəsinə gedən yol böyük tıxacdır. Qoy bir az darıxsınlar” deyə müğənni bildirib.
 
Müğənni bildirib ki, orada da öz sənəti ilə məşğuldur:
“Almaniyada yaşayıb, orada fəaliyyət göstərirəm. Sənətimlə, sevdiyim işlə məşğulam. Gözəl, zövqlü musiqiləri dinləyən insanlar dünyanın harasında olsam da gəlib məni tapırlar. Avropanın başqa şəhərlərinə də dəvətlər alıram. Burada xüsusi bayram günlərində çıxışlar edirəm. Məqsədim yenə də Azərbaycan musiqisini Almaniyada layiqincə təbliğ etməkdir. Missiyam dəyişməyib” deyə o bildirib.
Seçilən
25
1
moderator.az

2Mənbələr