AZ

ABŞ beynəlxalq sularda narkoterrorçuların qayığını məhv edib, ölənlər var

ABŞ-ın hərbi qüvvələri Karib hövzəsinin beynəlxalq sularında narkotik daşımaq üçün istifadə edilən qayığı məhv edib.

APA xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Hegset X sosial şəbəkəsində yazıb.

O bildirib ki, ABŞ-ın hərbi qüvvələrinin zərbə endirilən qayıqda terrorçu bir təşkilatın üzvləri tərəfindən narkotik daşınırmış.

Təşkilatın adı dəqiqləşdirilməyib. Pentaqon rəhbəri bildirib ki, “beynəlxalq sularda endirilən zərbə zamanı gəmidə 3 narkoterroçu olub”. Onlar həlak olublar.

Hegset Cənubi Amerikada fəaliyyət göstərən və ABŞ-a qanunsuz narkotik tədarükləri həyata keçirən narkokartelləri yenidən “Əl-Qaida” terror təşkilatı ilə müqayisə edib. “Hərbi nazirlik onlara qarşı məhz Əl-Qaidaya etdiyimiz kimi davranacağıq. Biz onları izləməyə, tapmağa və öldürməyə davam edəcəyik”, — o əlavə edib.

Son həftələrdə ABŞ qüvvələri narkotrafiklə mübarizə adı altında Karib hövzəsində artıq bir neçə qayığı məhv edib.

Seçilən
8
5
apa.az

6Mənbələr