AZ

İsmayıllıda iki avtomobil toqquşub, 1 nəfər ölüb

İsmayıllıda iki avtomobil toqquşub ölən var.

APA-nin Şirvan bürosu xəbər verir ki, dünən İsmayıllı rayonunun Buynuz kəndi ərazisində Vüsal Rubilzadənin idarə etdiyi “Kia” və Zeynəddin Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
28
23
apa.az

10Mənbələr