AZ

İsrail müdafiə naziri: ‘Hizbullah odla oynayır — əməliyyatlar daha da dərinləşəcək

İsrailin müdafiə naziri İsrael Kats Livanla bağlı sərt bəyanat verib.

“‘Hizbullah’ odla oynayır, Livan prezidenti isə öz vəzifələrini yerinə yetirmir. Rəsmi Beyrut cənubdan ‘Hizbullah’ı çıxarmalı və onu tərksilah etməlidir. Biz təhlükəni aradan qaldırmaq üçün mümkün olan bütün tədbirləri davam etdirəcəyik və onları daha da gücləndirəcəyik,” – deyə nazir X sosial şəbəkəsində yazıb.

Musavat.com-un məlumatına görə Kats əlavə edib ki, İsrailin şimal bölgələrinə təhlükə yaranarsa, əməliyyatların miqyası daha da genişlənəcək.

Musavat.com

Seçilən
42
musavat.com

1Mənbələr