AZ

Tramp tanınmış teleaparıcını təhqir etdi: “Ən istedadsız insandır”

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp teleaparıcı Set Meyersi təhqir edib.Bizim.Media xəbər verir ki, Ağ Evin sahibi “Truth Social” səhifəsində onun ünvanına sərt fikirlər səsləndirib.ABŞ lideri Meyersin yəqin ki, “tarixdə televiziyada işləmək üçün ən istedadsız insan” olduğunu deyib.

 

“Mən ötən gecə onun şousuna illərdən sonra ilk dəfə baxdım. Heç bir istedad, reytinq yoxdur, tamamilə Trampın əleyhinədir”, o qeyd edib.

Xatırladaq ki, amerikalı teleaparıcı Set Meyers NBC kanalında çalışır.O, “Late Night with Seth Meyers” adlı gecə şousunun aparıcısıdır. Bu veriliş 2014-cü ildən etibarən NBC-də yayımlanır və ABŞ-da məşhur “Late Night” proqram seriyasının davamıdır.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
6
bizim.media

8Mənbələr