ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinə Nigeriyada xristianların öldürülməsi ilə bağlı "mümkün tədbirlərə hazırlaşmaq" tapşırığı verib.
"Əgər Nigeriya hökuməti xristianların öldürülməsinə icazə verməyə davam edərsə, ABŞ Nigeriyaya bütün yardımları dərhal dayandıracaq. Bu dəhşətli vəhşilikləri törədən İslam terrorçularını tamamilə məhv etmək üçün indi rüsvay olmuş ölkəyə güc tətbiq edərək hücum edə bilər. Əgər hücum etsək, bu, quldur terrorçuları əziz xristianlarımıza hücum etdiyi kimi sürətli, qəddar olacaq! DİQQƏT: Nigriya hökuməti İdaha çox sürətlə hərəkət edə bilər”,- deyə Tramp sosial mediada yazıb.
“Cebheinfo.az” xəbər verir ki, ABŞ Müdafiə Naziri Pit Heqset Trampın sosial media paylaşımına "Bəli, cənab" sözləri ilə cavab verib.
"Nigeriyada və hər yerdə günahsız xristianların qətli dərhal dayandırılmalıdır",
Heqset “X”-də yazıb. Bildirib ki, nazirliyi tədbirlərə hazırlaşır:
“Ya Nigeriya hökuməti xristianları qoruyar, ya da bu dəhşətli vəhşilikləri törədən İslam terrorçularını öldürəcəyik".
NBC News-un qeyd etdiyi kimi, Trampın açıqlaması onun Nigeriyanı "xüsusi narahatlıq doğuran ölkə" adlandırmasından bir gün sonra gəlib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.