AZ

Türkiyə Superliqasında XI turun prinsipial görüşü qolsuz heç-heçə ilə başa çatıb

Futbol üzrə Türkiyə Superliqasında XI turun oyunları davam edir.

Doğru.az xəbər verir ki, turun diqqətçəkən matçında “Qalatasaray” öz meydanında “Trabzonspor”u qəbul edib və qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra İstanbul təmsilçisi 29 xalla turnir cədvəlinin 1-ci pilləsində, Trabzon klubu isə 24 xalla 2-ci pillədə qərarlaşıb.

Turun mərkəzi görüşü noyabrın 2-də “Beşiktaş” və “Fənərbağça” arasında keçiriləcək.

DOĞRU.AZ

Seçilən
47
1
dogru.az

2Mənbələr