AZ

Ermənistana satılan benzinlə bağlı nələr üzə çıxdı? - XƏYANƏTİN DETALLARI - VİDEO

ABŞ-ın “Bloomberg” portalının məlumatına görə, Çin hökuməti alman şirkətlərini məxfi istehsal və müştəri məlumatlarını paylaşmağa məcbur edir. Bu, Almaniyaya nadir torpaq elementlərini idxal etmək üçün yeni tələb kimi irəli sürülüb.

Avtosfer.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Çin yeni qaydalara əsasən, şirkətlərdən istehsal planlarını, müştəri siyahılarını, zavodların şəkillərini və üçillik proqnozları təqdim etməyi tələb edir. Bununla da Pekin alman sənayesinin zəif nöqtələri, tədarük asılılıqları və potensial təzyiq sahələri barədə zəruri məlumat əldə edir.

Narahatlıqlar olsa da, şirkətlərin demək olar ki, başqa seçimi qalmayıb. Çünki Almaniyada istifadə olunan nadir torpaq elementlərinin 95 faizi Çindən gətirilir və bu, Avropa İttifaqına üzv ölkələr arasında ən yüksək göstəricidir. Bu materiallar olmadan Almaniyanın sənayesi iflic vəziyyətə düşə bilər. Hətta “Volkswagen” Çinin bəzi əsas hissələrin ixracını müvəqqəti dayandırmasına görə bu həftə istehsalın dayandırılması riski ilə üzləşib.

Ekspertlər hesab edir ki, Çin bu addımlarla ABŞ-la ticarət müharibəsində Avropanı təzyiq alətinə çevirmək istəyir. ABŞ Prezidenti Donald Trampın Çinin yüksək texnologiyaya çıxışını məhdudlaşdırmasına cavab olaraq Pekin xammal nəzarətini sərtləşdirib.

Almaniya Kansleri Fridrix Merts hələ sentyabrda bildirmişdi: “Asılılıq bizi şantaja açıq edir”. Lakin hökumət hələ ki, real həll yolu tapmayıb. Xarici işlər naziri Yohan Vadefulun bu həftə Çinə planlaşdırılan səfəri də qarşı tərəfdən maraq olmadığından ləğv edilib.

Seçilən
30
avtosfer.az

1Mənbələr