AZ

Mbappe Anrini keçdi

“Real” klubunun hücumçusu Kilian Mbappe La Liqanın 11-ci turunda “Valensiya” ilə oyunun ilk hissəsində dubl edib.

90deqiqe.Az xəbər verir ki, 26 yaşlı  futbolçunun vurduğu bu iki qol onun Avropanın “top-5” liqalarında (İngiltərə Premyer Liqası, Fransa Liqa 1, İtaliya A Seriyası, Almaniya Bundesliqası və İspaniya La Liqası) ümumi qol sayını 235-ə çatdırıb.

Mbappenin “Valensiya”ya vurduğu qollar sayəsində o, əfsanəvi fransız hücumçu Tyerri Anrini (233 qol) geridə qoyub. Anri bu göstəricini 459 oyunda əldə etmişdi.

Qeyd edək ki, fransız futbolçu “Monako” və “PSJ” klublarının heyətində Fransa çempionatında 246 oyunda 191 qol vurub. “Real Madrid”ə keçdikdən sonra isə onun La Liqadakı hesabında 45 matçda 44 qol var.

Seçilən
47
90deqiqe.az

1Mənbələr