AZ

Rəqibindən Türkiyə ilə bağlı gözlənilməz çıxış: Bayraktar...

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Türkiyə 1 milyondan çox dron yerləşdirib”.

Globalinfo.az xəbər verir ki, bunu Yunanıstanın müdafiə naziri Nikos Dendias “Naftemporiki” qəzetinin təşkil etdiyi tədbirdə deyib.

O, Türkiyənin pilotsuz uçuş aparatları (PUA) sahəsindəki imkanları barədə diqqətçəkici açıqlamalar verib.

Tədbirin aparıcısı “Türkiyə hazırda dron istehsalı fabrikinə çevrilib. Dünyada dron ixracının 60 faizi Türkiyə mənşəlidir” sözlərinə belə reaksiya verib:

“Bu, həqiqətən də təsirli göstəricidir”.

Nazir əlavə edib ki, Yunanıstan bu vəziyyətlərlə mübarizə aparmağa çalışır:

“Amma mən məsələyə müsbət tərəfdən də baxmaq istəyirəm. Türkiyə, həqiqətən, çox sayda ölkəyə çoxlu “Bayraktar” dronu satmağı bacarıb”.

Safura Bənnayevatəsi

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
globalinfo.az

1Mənbələr