Sportal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"İnter" "Qalatasaray"ın futbolçusundan vaz keçib.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "nerazzura" Qabriel Saranı transfer etmək fikrindən daşınıb.
Buna səbəb Türkiyə çempionunun braziliyalıya görə 40 milyon avro tələb etməsi və endirimə getməməsidir.
26 yaşlı futbolçunun “Qalatasaray”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
O, 2024-cü ildən İstanbul klubunda oynayır. Sara bundan əvvəl “Sao Paolo” və “Norviç”də çıxış edib.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.