AZ

"BBC": Pokrovskda vəziyyət kritikdir, şəhərin yarısı “boz zona”da qalır

BAKI, 2 noyabr. TELEQRAF

"Ukrayna ordusu Pokrovsk istiqamətində minlərlə rus hərbçisi ilə üz-üzə gəlib".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Aleksandr Sırski məlumat verib.

Onun sözlərinə görə, Rusiya ordusu Donetsk vilayətində yerləşən strateji əhəmiyyətli Pokrovsk şəhərinə hücumları intensivləşdirib. Şəhərin ələ keçirilməsi Rusiyanın bölgədəki işğal planlarını genişləndirməsinə şərait yarada bilər.

Sırski Rusiyanın Ukrayna bölmələrinin guya “mühasibəyə alındığı” və ya “blokadaya düşdüyü” barədə iddialarını təkzib edib. O, eyni zamanda kəşfiyyat və xüsusi təyinatlı bölmələrin əsas təchizat xətlərinin müdafiəsi üçün yerləşdirildiyini təsdiqləyib.

"BBC" yazır ki, xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi Ukrayna rəhbərliyinin Pokrovsk şəhərini qorumaqda qətiyyətli olduğunu göstərir. “Donetsk vilayətindəki hərbi mənbə "BBC"yə bildirib ki, Ukrayna bölmələri hələlik mühasirəyə alınmayıb, lakin onların təchizat xətləri Rusiya ordusunun atəşi altındadır”.

“DeepState” analitik platformasının məlumatına görə, Pokrovsk şəhərinin təxminən yarısı hazırda “boz zona” hesab olunur – yəni nə Rusiya, nə də Ukrayna qüvvələri burada tam nəzarətə malikdir. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) da bu məlumatı təsdiqləyərək, Ukrayna ordusunun son əks-hücumlar zamanı Pokrovskun şimalında “cüzi irəliləyiş” əldə etdiyini qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin 7-ci hava-desant korpusu isə açıqlama verərək bildirib ki, Ukrayna qüvvələri Pokrovskda “taktiki vəziyyəti yaxşılaşdırıb”, lakin ümumi vəziyyət “çətin və dinamik” olaraq qalır.

Seçilən
44
teleqraf.com

1Mənbələr